BİZNES

İşçi öz ərizəsilə işdən çıxdıqda, əmək kitabçasında hansı maddə qeyd olunmalıdır?
25 DEKABR 2018
334

İşçi öz ərizəsilə işdən çıxdıqda, əmək kitabçasında hansı maddə qeyd olunmalıdır?

2018-12-25 12:03:00

Sualı mks.az saytının eksperti Günel Səlimova cavablandırır

Sual: Salam. İşçi öz ərizəsinə əsasən, bir təqvim ayı öncədən xəbərdarlıq edilməklə işdən çıxıb. Əmək kitabçasına Əmək Məcəlləsinin 68.2 (a) yoxsa 69.1 maddəsini qeyd etməliyəm?

Əzizə Cavadova

Cavab: İlk öncə qeyd etdiyiniz maddələr üzrə Əmək Məcəlləsindən çıxarışlara baxaq:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
...
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
...
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

İndi isə sualınıza cavab olaraq bildiririk ki, qeyd etdiyiniz halda yəni işçinin öz ərizəsi ilə işdən çıxdıqda, əmək kitabcasında 68.2 (a) bəndi qeyd olunmalıdır. Cünki, Əmək Məcəlləsindən çıxarışdan göründüyü kimi, Əmək Məcələsinin 69- cü maddəsi isə ləğv olunmasi qaydalaridir. Əmək kitabçasına isə xitamın əsasını qeyd etməyimiz daha məqsədəuyğun olardı.

© MKS.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264