BİZNES

2019-cu ildə həm sadələşdirilmiş həm də mənfəət vergi ödəyicisi olmaq olar?
24 DEKABR 2018
363

2019-cu ildə həm sadələşdirilmiş həm də mənfəət vergi ödəyicisi olmaq olar?

2018-12-24 16:12:00

 Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinə sahibkarlıq subyektlərinin vergi ödəmə sistemi ilə bağlı müəyyən dəyişikliklər olunub. Fins.az  bu sahədə sahibkarlıq subyektlərini maraqlandıran hər hansı sahibkar 2019-cu ildə həm sadələşdirilmiş həm mənfəət vergi ödəyicisi ola bilər? sualına aydınlıq gətirib.Qeyd edək ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığı üçün 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264