BİZNES

Forbes ilin ən uğursuz milyarderinin adını açıqladı
23 DEKABR 2018
652

Forbes ilin ən uğursuz milyarderinin adını açıqladı

2018-12-23 00:44:00

Fins.az-ın məlumatına görə, ABŞ-ın məşhur Forbes jurnalı 2018-ci ilin ən uğursuz və ən uğurlu milyarderlərinin reytinqini tərtib edib. Beləliklə ilin ən uğurlu milyarderləri siyahısında birinci yeri Amazon şirkətinin təsisçisi Jeff Bezos tutub. Onun sərvəti il ərzində 27.9 milyard dollar böyüyüb. İlin ən uğursuz milyarderləri siyahısında birinci yerdə isə Facebook şirkətinin təsisçisi Mark Zuckerberg qərarlaşıb. Bu il ərzində o, 18.7 milyard dollar itirib. Forbes-un tərtib etdiyi tam siyahını sizlərə təqdim edirik. İlin ən uğursuz milyarderləri: 1. Mark Zuckerberg: Bu il ərzində 18.7 milyard dollar itirdi. Hal hazırki sərvəti 52.5 milyard dollar dəyərində qiymətləndirilir. 2. Zara şirkətinin təsisçisi Amancio Ortega: Bu il ərzində 16.2 milyard dollar itirdi. Hal hazırki sərvəti 59.6 milyard dollar dəyərində qiymətləndirilir. 3. Almaniyanın Schaeffler şirkətinin əsas səhmdarı Georg Schaeffler: Bu il ərzində 14 milyard dollar itirdi. Hal hazırki sərvəti 12.4 milyard dollar dəyərində qiymətləndirilir. 4. Çinin Tencent şirkətinin CEO-su Ma Huateng: Bu il ərzində 10.1 milyard dollar itirdi. Hal hazırki sərvəti 35.1 milyard dollar dəyərində qiymətləndirilir. İlin ən uğurlu milyarderləri: 1. Amazon şirkətinin təsisçisi Jeff Bezos: Bu il ərzində 27.9 milyard dollar qazanıb. Hal hazırki sərvəti 126.2 milyard dollar dəyərində qiymətləndirilir. 2. Uniqlo şirkətinin təsisçisi Tadashi Yanai: Bu il ərzində 7 milyard dollar qazanıb. Hal hazırki sərvəti 27.1 milyard dollar dəyərində qiymətləndirilir. 3. Lukoil şirkətinin əsas sahibi və CEO-su Vagit Alekperov: Bu il ərzində 4.6 milyard dollar qazanıb. Hal hazırki sərvəti 19.5 milyard dollar dəyərində qiymətləndirilir. 4. Mediamaqnat Rupert Murdoch: Bu il ərzində 4.6 milyard dollar qazanıb. Hal hazırki sərvəti 19.3 milyard dollar dəyərində qiymətləndirilir. 5. Novatek şirkətinin hissədarlarından biri Leonid Mikhelson: Bu il ərzində 4 milyard dollar qazanıb. Hal hazırki sərvəti 21.4 milyard dollar dəyərində qiymətləndirilir. 6. Novatek şirkətinin digər bir hissədarı Gennady Timchenko: Bu il ərzində 3.8 milyard dollar qazanıb. Hal hazırki sərvəti 18.9 milyard dollar dəyərində qiymətləndirilir. 7. Microsoft şirkətinin keçmiş CEO-su Steve Ballmer: Bu il ərzində 3.4 milyard dollar qazanıb. Hal hazırki sərvəti 40.7 milyard dollar dəyərində qiymətləndirilir. 8. Hindistanın Jio adlı mobil operatorunun yaradıcısı Mukesh Ambani: Bu il ərzində 3 milyard dollaq qazanıb. Hal hazırki sərvəti 44.4 milyard dollar dəyərində qiymətləndirilir. 9. Microsoft şirkətinin həmtəsisçisi Bill Gates: Bu il ərzində 2.9 milyard dollar qazanıb. Hal hazırki sərvəti 93.9 milyard dollar təşkil edir. 10. Tesla və SpaceX şirkətlərinin CEO-su Elon Musk: Bu il ərzində 2.8 milyard dollar qazanıb. Hal hazırki sərvəti 22.5 milyard dollar dəyərində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272