BİZNES

Azərbaycan Ukraynadan nə qədər dondurulmuş balıq idxal edib?
22 DEKABR 2018
220

Azərbaycan Ukraynadan nə qədər dondurulmuş balıq idxal edib?

2018-12-22 23:38:00

Fins.az-ın məlumatına görə, Azərbaycan cari ilin yanvar-oktyabr ayları ərzində Ukraynadan 62 ton dondurulmuş balıq idxal edib.Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, idxal olunan məhsulun ümumi dəyəri 94 min dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Almaniya (110 ton - 348,3 min dollar), Macarıstan (126,6 ton - 297,3 min dollar) və Moldovadan (112 ton - 196 min dollar) sonra dördüncü yerdə qərarlaşıb. Ümumilikdə isə Ukrayna yanvar-oktyabr ayları ərzanidə 1,1 milyon dollar dəyərində 511,9 ton dondurulmuş balıq ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən bir yarım dəfə çoxdur. Ən çox ixrac olunan dəniz məhsulları forel, karp, sudak, soma, seld, merluza və sardin olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256