BİZNES

Azərbaycana nə qədər xarici investisiya qoyulub?
22 DEKABR 2018
273

Azərbaycana nə qədər xarici investisiya qoyulub?

2018-12-22 23:11:00

Fins.az-ın məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 754,5 mln. manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin yayımladığı məlumatda bildirilir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 838,9 mln. manatı (80,7%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub. Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 63,1%-ini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264