BİZNES

"Made in Azerbaijan" Ər-Riyadda
22 DEKABR 2018
167

"Made in Azerbaijan" Ər-Riyadda

2018-12-22 22:52:00

Fins.az-ın məlumatına görə,cari ilin dekabr ayında "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda keçirilmiş növbəti ixrac missiyasında şirniyyat, meyvə şirələri, quru meyvə, bal, mineral sular, tekstil istehsalı, turizm və tikinti materialları sahələrində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti iştirak edib.Azərbaycan şirkətlərinin təmsilçilərinin Səudiyyə Ərəbistanının ərzaq, içki, süd məhsulları istehsal edən və həmin məhsulların çatdırılması ilə məşğul olan, turizm və tikinti sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə görüşlərdə Azərbaycan Respublikasının məhsulları barədə məlumat verilib, sözügedən məhsulların çatdırılması və satışı imkanları müzakirə olunub. Görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə ərzaq və kənd təsərrüfatı məhsullarına böyük maraq göstərilib. İxrac missiyası çərçivəsində Azərbaycanın "Az-Granata" MMC şirkəti ilə Səudiyyə Ərəbistanının “Al Rabie” şirkəti arasında əməkdaşlığa dair razılıq əldə olunub, “Astaraçay” şirkəti ilə krallığın “Garden Coffee” şirkəti arasında məhsul mübadiləsi və şokolad istehsal edən “Konfirm”, “Bolluq” və “Şirin” şirkətlərinin məhsullarının “Panda” marketlər şəbəkəsində satışı ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizin turist şirkətləri ilə krallığın turist şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Ər-Riyad Ticarət və Sənaye Palatasında səfir Şahin Abdullayev tərəfindən keçirilmiş digər görüşlərdə Səudiyyə Ərəbistanı tərəfi gələcəkdə ixrac missiyalarının ildə bir neçə dəfə təşkil edilməsini, eləcə də əlaqələrin daha da genişləndirilməsi məqsədilə sözügedən missiyaların tərkibinə daxil edilən Azərbaycan şirkətlərinin Ər-Riyad Ticarət və Sənaye Palatasının müvafiq komitələrində (kənd təsərrüfatı, turizm, daşınmaz əmlak, sənaye və s.) görüşlərinin keçirilməsini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256