BİZNES

Vergilər Məcəlləsində elektron qaimə-faktura ilə bağlı hansı dəyişikliklər edilib?
21 DEKABR 2018
276

Vergilər Məcəlləsində elektron qaimə-faktura ilə bağlı hansı dəyişikliklər edilib?

2018-12-21 17:19:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinə (16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumatda qeyd olunur ki, dəyişikliyə əsasən, vergiödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq, 2019-cu il yanvarın 1-dən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq.

Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256