BİZNES

Naxçıvan xaricə iracı artırıb
21 DEKABR 2018
205

Naxçıvan xaricə iracı artırıb

2018-12-21 12:44:00

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 435 mln. 597 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. Fins.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 mln. 969 min 400 dollar və ya 4,8% çoxdur. Bu ilin 11 ayı ərzində ixracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 383 mln. 314 min 400 dollar təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 765 min 100 dollar və ya 0,2% çoxdur. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasına aparılan idxalın dəyəri isə 52 mln. 283 min 200 dollar təşkil edib ki, bu da 2017-ci ilin 11 ayı ilə müqayisədə 19 mln. 204 min 300 dollar və ya 58% çoxdur.

Nəticədə hesabat dövründə 331 mln. 31 min 200 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə qeydə alınan müsbət saldodan 18 mln. 439 min 200 dollar və ya 5,28% azdır. 

Xatırladaq ki, 2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 415 mln. 628 min 200 dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 382 mln. 549 min 300 dollar, idxalın dəyəri 33 mln. 78 min 900 dollar təşkil edib, nəticədə xarici ticarətdə 349 mln. 470 min 400 dollar dəyərində müsbət saldo yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264