BİZNES

Fiziki şəxs VÖEN açdırıbsa və hər hansı fəaliyyətlə məşğul deyilsə vergi ödəməlidirmi?
21 DEKABR 2018
505

Fiziki şəxs VÖEN açdırıbsa və hər hansı fəaliyyətlə məşğul deyilsə vergi ödəməlidirmi?

2018-12-21 11:58:00

Fins.az bir çoxlarını maraqlandıran Fiziki şəxs VÖEN açdırıbsa və hər hansı fəaliyyətlə məşğul deyilsə vergi ödəməlidirmi? sualına aydınlıq gətirib. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.Eyni zamanda, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir.Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.Qeyd edək ki, bu barədə qanunvericilikdə nəzərdə tutulan müddüalar Vergi Məcəlləsinin 16.2-ci və 16.3-cü maddələrində əks olunub

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266