BİZNES

Azərbaycan Sankt-Peterburqla əməkdaşlığı genişləndirir
21 DEKABR 2018
71

Azərbaycan Sankt-Peterburqla əməkdaşlığı genişləndirir

2018-12-21 11:43:00

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, videokonfrans formatında təşkil edilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Rusiya Federasiyası Sankt-Peterburq Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, bu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyası Sankt-Peterburq Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev iqtisadi əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. İclasda Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi, iqtisadi-ticarət əlaqələrinin genişləndiyi qeyd edilib.

İclasda Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 2017-ci ilin aprelin 5-də Sankt-Peterburq şəhərində keçirilmiş ilk iclasından ötən dövr ərzində görülən işlər barədə fikir mübadiləsi aparılıb, ticarət-iqtisadi, kənd təsərrüfatı, İKT, şəhərsalma, humanitar, əmək və əhalinin sosial müdafiəsi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən məsələlər Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın Protokoluna daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256