BİZNES

Bakıda İşgüzar Mərkəz açılacaq
21 DEKABR 2018
179

Bakıda İşgüzar Mərkəz açılacaq

2018-12-21 09:42:00

Gələn ilin payızında Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin İşgüzar Mərkəzi açılacaq. Yeni mərkəz Azərbaycan bazarına Rusiya mallarının tədarükünü artırmağa imkan verəcək. Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri əvəzi Denis Afanasyev məlumat verib. "Bizim işgüzar mərkəz Azərbaycanın Həştərxandakı işgüzar mərkəzinin bənzəridir, bəlkə də, sahəsi bir qədər böyük olar. Tikinti işləri ilə Həştərxan vilayəti qubernatorunun əvəzi Sergey Morozov Azərbaycana səfəri çərçivəsində tanış olmuşdu. Tikinti sürətlə gedir, mərkəz 2019-cu ilin payızında açılmalıdır", - deyə D.Afanasyev bildirib.

Qeyd edək ki, hazırda Həştərxan vilayətindən Azərbaycana gəmiqayırma məmulatları, balıq və un məhsulları idxal olunur. 2017-ci ilin yekunlarına görə tərəflər arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,3 dəfə artaraq 16 milyon dollardan çox olub.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266