BİZNES

Hüquqi şəxs əmanət faizindən hansı vergiləri ödəməlidir?
20 DEKABR 2018
142

Hüquqi şəxs əmanət faizindən hansı vergiləri ödəməlidir?

2018-12-20 15:09:00

 Fins.az bir çoxlarını maraqlandıran hüquqi şəxs əmanət faizindən hansı vergiləri ödəməlidir? sualına aydınlıq gətirib.Hüquqi şəxslərin əmanətlərdən əldə etdiyi faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Bununla yanaşı vergi tutulmuş faizləri alan hüquqi şəxs vergidən azad edilən gəlirdən başqa bütün gəlirləri, o cümlədən faiz gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən 20 faiz dərəcəsi ilə mənfəət vergisini hesablamalı və hesablanan məbləğdən ödəmə mənbəyində tutulmuş verginin məbləğini çıxmaqla yerdə qalan vergi məbləğini dövlət büdcəsinə köçürməlidir.

Əlavə olaraq bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256