BİZNES

Sahibkarlara əlavə hüquqi üstünlük verilib
19 DEKABR 2018
228

Sahibkarlara əlavə hüquqi üstünlük verilib

2018-12-19 14:17:00

Fins.az-ın "Vergilər" qəzetinə istinadən verdiyi məlumatına görə,sahibkarlara əlavə hüquqi üstünlük verilib.Ekspertlər gələn ilin yanvarından tətbiq ediləcəyi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirirlər. Milli Məclisin deputatı Vahid Əhmədov «Vergilər» qəzetinə açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin 5 iş günündən 30 iş gününədək uzadılması hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət edir: «Əvvəlki qaydalar sahibkarlar üçün xeyli çətinliklər yaradırdı. Çünki belə mübahisələr zamanı sahibkarın inzibati qaydada şikayət edə bilməsi üçün cəmi 5 günlük möhləti vardı. Bu müddət başa çatanadək sahibkar aidiyyəti üzrə şikayət etməsə, Vergilər Nazirliyi birtərəfli qaydada həmin vəsaitin silinməsini həyata keçirə bilərdi. İndi isə belə mübahisələrin həlli üçün sahibkarlara əlavə hüquqi üstünlük verilib. Yəni Məcəlləyə edilən dəyişikliklə əlaqədar vergi ödəyicisi ilə borc mübahisəsi olduğu halda Vergilər Nazirliyi birtərəfli qaydada sahibkarın bank hesablarındakı vəsaitin silinməsini həyata keçirə bilməyəcək. Çünki sahibkar özü haqqında çıxarılmış qərarla razı olmadığı təqdirdə inzibati qaydada müraciət edərək ya Vergilər Nazirliyi vasitəsilə, ya da məhkəmə yolu ilə onu bərpa edə bilər. Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında dondurulacaq və tərəflərdən heç biri ona sərəncam vermək hüququna malik olmayacaq. Bu isə sahibkarın həmin vəsait üzərində sərəncam vermək hüquqlarını bərpa etmək imkanlarının genişlənməsi deməkdir».

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265