BİZNES

Vergi məcəlləsinə dəyişikliklər - minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin məbləği
19 DEKABR 2018
383

Vergi məcəlləsinə dəyişikliklər - minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin məbləği

2018-12-19 12:36:00

Fins.az ın məlumatına görə, vergi məcəlləsinə edilən dəyişikliklərdən biri də aksiz vergisi ilə bağlı əsas dəyişikliklərdən biri minik avtomobillərinə tətbiq edilən aksiz vergisi məbləğinin əhəmiyyətli dərəcədə artırılmasıdır.

Əvvəl:

Minik avtomobillərinə tətbiq edilən aksiz vergisi:

 

Mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0.20 manat;

 

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat;

Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat;

 

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat.

 

 

Dəyişikliklərdən sonra

Minik avtomobillərinə tətbiq edilən aksiz vergisi:

Mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0.30 manat;

 

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat;

Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat +mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat;

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272