BİZNES

Nazir: "2 il ərzində 330 layihəyə investisiya təşviqi sənədi verilib"
19 DEKABR 2018
113

Nazir: "2 il ərzində 330 layihəyə investisiya təşviqi sənədi verilib"

2018-12-19 12:17:00

“Azərbaycanda yaradılan sənaye parkları və məhəllələri hesabına dövlət 5 mlrd. manat sərmayə cəlb edib”. Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxış edərkən bildirib. “Sahibkarlar üçün investisiya təşviqi mexanizminin tətbiq olunduğu 2 il ərzində 330 layihəyə investisiya təşviqi sənədi verilib, 2,8 mlrd. manat investisiyanın yatırılması həyata keçirilib. Sənaye ilə yanaşı kənd təsərrüfatı sahəsində də oxşar mexanizm tətbiq edilir”, - o qeyd edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257