BİZNES

Nazir müşavirindən Dünya Bankı ilə bağlı AÇIQLAMA
19 DEKABR 2018
216

Nazir müşavirindən Dünya Bankı ilə bağlı AÇIQLAMA

2018-12-19 12:00:00

“2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik”. Fins.az xəbər verir ki, bunu Dünya Bankının təşkil etdiyi "Azərbaycanda İnkişaf Kapitalı üzrə Forum"da çıxış edən vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib. Onun sözlərinə görə, bu təkliflər bir sıra əsas sahələrə qoyulan investisiyalar üzrə vergi güzəştləri ilə bağlıdır: "Hazırda dərslik, uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya müəssisələri ƏDV-dən azaddır. Eyni zamanda, ödənişli təhsil xidmətlərinin göstərilməsi də ƏDV-dən azaddır. Bundan başqa, təhsil, səhiyyə və idman müəssisələrinin yalnız təyinatı üzrə istifadə edilən obyektləri üzrə əmlak vergisi ilə bağlı vergi güzəştləri mövcuddur. Növbəri il üçün elm, təhsil, idman, mədəniyyət və bu kimi sahələrə yönəldilən vəsaitlərə görə mənfəət vergisi üzrə 10 il müddətinə vergi güzəştlərinin edilməsi təklif edilib. Eyni zamanda, təhsil müəssisələri və sağlamlıq imknaları məhdud insanların təhsil alması üçün nəzərdə tutulan müəssisələrin də mənfəət vergisindən azad edilməsi təklif olunub".

Nazir müşaviri deyib ki, 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması üçün də bir sıra təkliflər verilib: "Bu istiqamətdə Dünya Bankı ilə intensiv dialoq həyata keçirmişik, həmçinin bir sıra texniki yardım proqramları müəyyənləşdirilib".

X.Abdullayev aksizli mallar və məcburi markalanmalı məhsullara nəzarətin daha da gücləndirilcəyini bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264