BİZNES

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr bunlardır - SİYAHI
18 DEKABR 2018
368

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr bunlardır - SİYAHI

2018-12-18 16:56:00

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, yanvar-noyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 551 milyon 843 min ABŞ dolları, Türkiyəyə 1 milyard 550 milyon 163 min dollar, İsrailə isə 1 milyard 104 milyon 297 min dollar dəyərindədir. Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 855 milyon 908 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 987 milyon 605 min dollar, Rusiya ilə isə 2 milyard 226 milyon 512 min dollar dəyərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272