BİZNES

Rusiya Azərbaycan üçün bu tarifləri azaldacaq
18 DEKABR 2018
217

Rusiya Azərbaycan üçün bu tarifləri azaldacaq

2018-12-18 13:52:00

Rusiyada 2019-cu il yanvarın 1-dən etibarən qara metalın Azərbaycanla sərhəddə yerləşən Samur stansiyası vasitəsilə ixracı üçün xüsusi tarif şərtləri tətbiq olunacaq. Fins.az xəbər verir ki, "Rusiya Dəmir Yolları" (RDY) İdarəsi "tarif dəhlizi" çərçivəsində 2019-2020-ci illər üçün yük daşınması tariflərinin səviyyəsini azaltmaqla bağlı bir sıra qərarlar qəbul edib. Qərarlardan biri ölkə xaricinə göndərilən metallurgiya müəssisələrinin məhsullarına aiddir. RDY-nin məlumatında qeyd olunur ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kasik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.

RİA-nın məlumatına görə, onlar iki il müddətinə götürülür ki, bu da yükdaşımalar üçün nəqliyyat xərclərinin proqnozlaşdırılmasını təmin edəcək və gələcək üçün malların daşınma həcmini sabit tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264