BİZNES

Nazirlər kabineti ofşor zonaları ilə bağlı siyahıdan bu iki ölkənin adını çıxartdı
08 DEKABR
406

Nazirlər kabineti ofşor zonaları ilə bağlı siyahıdan bu iki ölkənin adını çıxartdı

2018-12-08 15:49:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib. Baş nazir Novruz Məmmədov imzaladığı qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb. Dəyişiklikdən sonrakı siyahı belədir:

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256