BİZNES

"Çovdar"qızıl yatağının istismarından Azərbaycan nə qədər gəlir əldə edib?
08 DEKABR
268

"Çovdar"qızıl yatağının istismarından Azərbaycan nə qədər gəlir əldə edib?

2018-12-08 12:27:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə Azərbaycanın "Çovdar" qızıl yatağının istismar müddəti artırılacaq. Bu barədə yatağın istismarını həyata keçirən “AzerGold” QSC-nin sədri Zakir İbrahimov məlumat verib. “Mövcud infrastrukturdan istifadə etməklə əlavə qızıl və gümüş hasil edəcəyik. Bu isə məhsullarımızın maya dəyərinin azalmasına gətirib çıxaracaq. “Çovdar” qızıl yatağının istismarının I mərhələsində 450 mln. manat məbləğində gəlir əldə edilməlidir. 2016-2018-ci illərdə bunun 230 mln. manatı artıq əldə edilib. II mərhələdə isə gəlir 500 mln. manat təşkil edəcək”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255