BİZNES

SOCAR -ın Rumıniyada olan yanacaqdoldurma stansiyalarının sayı açıqlanıb
07 DEKABR
331

SOCAR -ın Rumıniyada olan yanacaqdoldurma stansiyalarının sayı açıqlanıb

2018-12-07 17:00:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə Rumıniyada SOCAR brendi ilə açılan 41-cı yanacaqdoldurma məntəqəsidir.Rumıniyanın Timis regionunda SOCAR brendi ilə üçüncü yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Yeni yanacaqdoldurma məntəqəsi ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə “SOCAR Petroleum” şirkəti "Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir. SOCAR yanacaqdoldurma məntəqələrində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər. Müştərilərə yanacaqdoldurma məntəqəsi  ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 19 rayonunda YDM şəbəkəsinə malikdir. “SOCAR Petroleum S A” 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255