BİZNES

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların vaxtı açıqlanıb
07 DEKABR
88

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların vaxtı açıqlanıb

2018-12-07 16:49:00

Fins.az "Report"a istinadən xəbər verir ki Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi gələn ilin yanvar ayında Brüsseldə keçiriləcək. Dekabrın 4-6-da Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsini şərh edən səfir qeyd edib ki, danışıqlar məhsuldar olub, bu gün də danışıqlar çərçivəsində sektoral məsələlər üzrə videokonfrans keçirilib.

Səfir vurğulayıb ki, Bakıya gələn Avropa İttifaqının nümayəndə heyəti geniş olub və bu, Aİ-nin Azərbaycanla saziş bağlamaq niyyətinin ciddiliyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255