BİZNES

Vergi Məcəlləsində dəyişikliklər -gəlir vergisi ilə bağlı azadolmalar
07 DEKABR
184

Vergi Məcəlləsində dəyişikliklər -gəlir vergisi ilə bağlı azadolmalar

2018-12-07 12:45:00

Fins.az-ın məlumatına görə Vergi Məcəlləsinə edilən dəyişiklərdə gəlir vergisinə münasibətdə aşağıda sadalanan azadolmalar nəzərdə tutulmuşdur:

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bu güzəşt inalınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda(qurumda)qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10manatadək olan hissəsi; 

Vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)tərəfindən ödənilən maddiyardım(dəstək);

Müvafiqicrahakimiyyətiorqanınınmüəyyənetdiyiorqanın(qurumun)müəyyənetdiyiqaydayauyğunorqan(qurum)tərəfindənzəmanətverilmişkredit üzrəödənişedilməsihallarındaborcalanlarınborclarınınödənilməsininnəticəsikimiəldəediləngəlirləri;

 Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin75%-i;

Mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap”şəhadətnaməsi aldığ tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 ilmüddətinə;

KOB klasterin iştirakçısı olan fərdi sahib karın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyim al (iş,xidmət)üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə gəlir vergisindən azad edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255