BİZNES

Vergi Məcəlləsində dəyişikliklər-gəlir vergisindən azad olunacaq.
06 DEKABR
202

Vergi Məcəlləsində dəyişikliklər-gəlir vergisindən azad olunacaq.

2018-12-06 17:14:00

Fins.az-ın məlumatına görə Vergi Məcəlləsinə edilən dəyişiklərdə Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azad olunacaq.

Əvvəl:

3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

Dəyişiklikdən sonra:

Bundan sonra 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığorta olunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azad olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255