BİZNES

Vergi Məcəlləsində dəyişikliklər - gəlir vergisinə edilən güzəştlər
06 DEKABR
479

Vergi Məcəlləsində dəyişikliklər - gəlir vergisinə edilən güzəştlər

2018-12-06 16:08:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinə edilən əsas dəyişikliklərdən biri də gəlir vergisinə edilən güzəştlərdir

Əvvəl:

Vergiyə cəlb edilən aylıq gəlir (fiziki şəxs)

Vergi dərəcəsi

2500 manatadək

14%

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox

olan məbləğin 25 faizi

 

Dəyişiklikdən sonra:

Vergiyə cəlb edilən aylıq gəlir (fiziki şəxs)

Vergi dərəcəsi

8000 manatadək

0%

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

 

Qeyd edək ki,yuxarıda göstərilən dərəcələr 1yanvar 2019-cu il tarixindən etibarən 7il müddətində qüvvədə olacaq və yalnız qeyri-neft və qazvə özəl sektorda çalışan işçilərə tətbiq ediləcəkdir. Qeyd edilənlərdən başqa sahələrdə çalışan işçilər soldakı cədvəldə göstərilən dərəcələrə uyğun olaraq vergiyə cəlb ediləcəkdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən ediləcəkdir.

Müəllif:Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255