BİZNES

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri nazir Sahil Babayevlə görüşüb
05 DEKABR
72

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri nazir Sahil Babayevlə görüşüb

2018-12-05 17:04:00

Fins.az-ın məlumatına görə,Alman-Azərbaycan Xarici Ticarət Palatası  Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbir hal-hazırda əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunub və tədbirin fəxri qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub. Tədbir AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumannın salamlama nitqi ilə açılıb və KPMG Azərbaycan Limited şirkətinin vergi məsələləri üzrə direktoru Rizvan Qubiyevin “Qeyri-rəsmi məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə” adlı təqdimatı ilə davam edib.

Daha sonra S.Babayev “Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi” adlı məruzə ilə çıxış edib. İnsan amilinin dövlət siyasətinin başlıca xətti olduğunu vurğulayan S.Babayev bu il əmək bazarında aparılan islahatların 4 əsas istiqaməti əhatə etdiyini qeyd edib: Pensiyanın avtomatlaşdırılması; “DOST” mərkəzlərinin yaradılması; e-sosial internet portalının istifadəyə verilməsi və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması. Nazir məşğulluq sahəsində elektron xidmətlərin genişləndirilməsinin və Nazirlik tərəfindən göstərilən 124 xidmətin vahid pəncərə altında, sadələşdirilmiş şəkildə və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin şəffaflığın və effektivliyin təminatında mühüm rol oynadığını qeyd edib.

O cümlədən, qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə bağlı layihələrinin icrası işləri yekunlaşmaq üzrədir və ilk “DOST” mərkəzinin 2019-cu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.

Nazir bildirib ki, vətəndaşların dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, əlillik və s. üzrə) özündə ehtiva edən “e-sosial” internet portalı artıq fəaliyyət göstərir və portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər növbəti il ərzində davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255