BİZNES

Vergi Məcəlləsində dəyişikliklər - bu kənarlaşmalara görə, bu qədər cərimə ödəyəcəklər
05 DEKABR
151

Vergi Məcəlləsində dəyişikliklər - bu kənarlaşmalara görə, bu qədər cərimə ödəyəcəklər

2018-12-05 13:32:00

Fins.az-ın məlumatı verir ki,  Vergi Məcəlləsində dəyişiklikərdən sonra istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə görə vergi ödəyicisinə tətbiq edilən sanksiya olduğu kimi saxlanılıb.

Əvvəl:

İstehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Dəyişikliklərdən sonra:

Dəyişikliklərdən sonra istehsal olunmuş məhsulların məcburi nişanlama ilə nişanlanmamasına, məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə görə də eyni məbləğdə sanksiya tətbiq ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255