BİZNES

KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb
05 DEKABR
67

KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

2018-12-05 12:49:00

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İteca Caspian və CEO şirkətləri arasında kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Fins.az Trend-ə istinadən xəbər verir ki, mərasim 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ("Bakutel 2018") çərçivəsində baş tutub.

Memorandumu KOBİA tərəfindən İdarə Heyətinin sədri Orxan Məmmədov, İteca Caspian və CEO tərəfindən isə Fərid Məmmədov imzalayıb.

Anlaşma Memorandumunda tərəflər arasında əməkdaşlığın istiqamətləri və formaları öz əksini tapıb.

Sənədə əsasən, tərəflər yerli kiçik və orta biznes subyektlərinin xarici və yerli konfrans və sərgilərdə iştirakının təmin edilməsi, mikro, kiçik və orta sahibkarlarla ölkədə fəaliyyət göstərən iri sahibkarlar arasında əməkdaşlığın təşviq edilməsi, yerli istehsal olunmuş məhsulların xarici bazarlarda tanıdılması, yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlandırılması, yerli sahibkarlar üçün satışa dəstək mexanizmlərinin təkmilləşdirilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, eləcə də müştərək layihələrin icra edilməsi məqsədilə tədbirlər həyata keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255