BİZNES

Vergi Məcəlləsində dəyişikliklər - maliyyə institutlarına tətbiq edilən cərimələrin miqdarı
04 DEKABR
109

Vergi Məcəlləsində dəyişikliklər - maliyyə institutlarına tətbiq edilən cərimələrin miqdarı

2018-12-04 13:13:00

Fins.az-ın məlumatına görə Vergi Məcəlləsində dəyişiklikərdən sonra maliyyə sektorunda vergi qanunvericiliyinə əməl etmə səviyyəsinin gücləndirilməsi məqsədilə maliyyə institutlarına tətbiq edilən cərimələrin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır. 

Əvvəl:

Hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, normativ hüquqi aktların, habelə Azərbaycan

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə institutlarına – hər belə hesab və ya əməliyyat üçün 100 manat maliyyə sanksiyası tətbiq edilir.

Dəyişikliklərdən sonra:

Eyni tələblərin pozulmasına görə sanksiya məbləği 500 manat təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255