BİZNES

Vergi Məcəlləsində dəyişiklikər- əmək müqaviləsi olmadan işçi cəlb olunmasına görə cərimənin miqdarı
04 DEKABR
186

Vergi Məcəlləsində dəyişiklikər- əmək müqaviləsi olmadan işçi cəlb olunmasına görə cərimənin miqdarı

2018-12-04 09:56:00

Fins.az-ın məlumatına görə, Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən  əmək müqaviləsi olmadan işçi cəlb olunmasına görə  tətbiq edilən cərimələrin miqdarında da dəyişiklik edilib.

Əvvəl:

Əmək müqaviləsi olmadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi və onların gəlirlərinin gizlədilməsi aşkar edildikdə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.  

Dəyişiklikdən sonra:

İşəgötürənlər belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində cərimələnəcək.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: Vergi Məcəlləsində dəyişiklikər - Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə cərimə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255