BİZNES

Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək
04 DEKABR
71

Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək

2018-12-04 01:10:00

Fins.az-ın məlumatına görə Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə  ticarət missiyası göndərəcək. Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib: "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək. Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir". Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb. Nazirin sözlərinə görə, Azərbycanın BƏƏ-yə yatırımları isə 330 milyon dollar təşkil edib. Ş.Mustafayev əlavə edib ki, hazırda BƏƏ-nin təxminən 300 şirkəti Azərbaycanda fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256