BİZNES

Vergi Məcəlləsində dəyişiklikər - üzrlü səbəb olmadan
03 DEKABR
303

Vergi Məcəlləsində dəyişiklikər - üzrlü səbəb olmadan

2018-12-03 16:59:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin (o cümlədən elektron formatda məlumatların) qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, maliyyə və vergi məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bağlı sənədlər, habelə mühasibat uçotu sənədlərinin 5 il müddətində üzrlü səbəb olmadan saxlanılmamasına kimi hallara tətbiq edilən maliyyə sanksiyalarının miqdarında dəyişilik edilib

Əvvəl:

1.Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin (o cümlədən elektron formatda məlumatların) qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, maliyyə və vergi məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bağlı sənədlər, habelə mühasibat uçotu sənədlərinin 5 il müddətində üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir

Dəyişikliklərdən sonra:

1. Yenidəyişikliklərə əsasən eyni tələblərin pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Eləcə də bax: Vergi Məcəlləsində dəyişiklikər - Dividend

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256