BİZNES

Azərbayacanın ixrac etdiyi bu məhsulun qiymətində artım olub
03 DEKABR
113

Azərbayacanın ixrac etdiyi bu məhsulun qiymətində artım olub

2018-12-03 13:42:00

 Fins.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayı təqdim olunub. İcmalda  2018-ci ilin oktyabr ayında Azərbaycandan ixrac edilən bəzi məhsulların dünya bazarındakı qiymətləri əks olunub. Məlumata əsasən dünya bazarında bu ilin oktyabr ayında Azərbaycandan ixrac olunan 1 ton pambıq lifinin qiyməti 1910 ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqaisədə pambıq lifinin qiymətində 10% artım müşahidə olunub. “İxrac icmalında” təqdim olunan məlumatlarda oktyabr ayında Azərbaycandan ixrac olunan 1 unsiya qızıl 1225 ABŞ dolları, 1 ton alüminium 2030 ABŞ dolları, 1 ton çay 2660, 1 ton şəkər tozu 290 dollar olub.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: Azərbaycandan ən çox bu ölkəyə ixrac həyata keçirilib

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256