BİZNES

Pul vəsaitini uçotdan gizlədənlərə maliyyə sanksiyaları artırılıb -Yeni Vergi Məcəlləsi
03 DEKABR
103

Pul vəsaitini uçotdan gizlədənlərə maliyyə sanksiyaları artırılıb -Yeni Vergi Məcəlləsi

2018-12-03 12:18:00

Fins.az-ın məlumatına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə pul vəsaitinin uçotdan gizlədilməsi kimi hallara tətbiq edilən maliyyə sanksiyaları artırılmışdır.Belə ki, yeni dəyişikliklərə əsasən eyni tələblərin pozulmasına görə 1000manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Xatırladaq ki, dəyişiklik edilməzdən əvvəl qanunda qeyd olunurdu: Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin (o cümlədən elektron formatda məlumatların) qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, maliyyə və vergi məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bağlı sənədlər,habelə mühasibat uçotu sənədlərinin 5 il müddətində üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 Müəllif:Aynur Qəniyeva

Eləcə də bax:Bir ayda aksiz vergisi üzrə gəlirlər kəskin azalıb - RƏSMİ

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256