BİZNES

Almaniya-Azərbaycan Biznes Dialoqu
01 DEKABR
132

Almaniya-Azərbaycan Biznes Dialoqu

2018-12-01 21:18:00

Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə çıxış edənlər - Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıblar. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən çox olduğunu, bu ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını qeyd edib. Rüfət Məmmədov Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyinı və ən çox islahat aparan ölkə elan olunduğunu vurğulayıb. Tədbir “Biznes, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq” və “Azərbaycan yeni tranzit və enerji şəbəkəsi kimi” panellərində müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256