BİZNES

Azərbaycanlıların ən çox içdiyi meyvə şirəsinin adı açıqlandı
30 NOYABR
395

Azərbaycanlıların ən çox içdiyi meyvə şirəsinin adı açıqlandı

2018-11-30 17:54:00

Fins.az-ın məlumatına görə Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb. Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır. Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan  insanlar arasında keçirilmişdir. Araşdırma  mərkəzi respondentlərə Əsasən hansı markalı meyvə şirəsindən içirsiniz? sualı ilə müraciət edib. Rəyi soruşulanlar arasında  Bakı şəhərində «Vita1000», regionlarda isə «Jalə» daha populyardır. Sorğuya cəlb olunanların verdikləri cavablar əsasında məlum olub ki, meyvə şirəsi istehlakında «Jalə» brendi daha populyardır və Azərbaycanda ən çox üstünülük verilən meyvə şirəsi olaraq 18 faizlə sıralamaya liderlik edir. İkinci sırada yerli məhsul olan «Vita1000 » (14 %), üçüncü sırada isə Coca -Cola şirkəti tərəfindən istehsal edilən «Cappy» markasıdır. Meyvə şirəsini alternativ içkilərlə əvəz edən 43 % seqment isə əsasən meyvə şirəsinin əvəzinə ev şəraitində hazırlana bilən içkilərə (kompot, çəkilmiş meyvə suyu) üstünlük verdiklərini qeyd ediblər. 11 . 5 % respondent qrafikdə göstərilməyən digər markaların adlarını qeyd edib (Natura, Я, Sadoçok, Fruktoviy Sad, Pop, Fresh Juice, Dimes və s) .

Müəllif: Aynur Qəniyeva

Eləcə də bax:Azərbaycanlıların ən çox parfüm aldığı mağazanın adı açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255