BİZNES

Azərbaycanlılar ən çox bu mağzadan geyim alırlar
30 NOYABR
487

Azərbaycanlılar ən çox bu mağzadan geyim alırlar

2018-11-30 10:54:00

Fins.az-ın məlumatına görə Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb. Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır. Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan  insanlar arasında keçirilmişdir. Araşdırma  mərkəzi respondentlərə Geyiminizi hansı mağazalardan alırsınız?  sualı ilə müraciət edib. Beləliklə Azərbaycanda ən çox müştərisi olan geyim mağazaları bəlli olub. İnsanlar geyim ehtiyaclarını qarşılamaq üçün Brend mağazalara az üstünlük verirlər. Amma buna baxmayaraq LC Waikiki brend mağazalar arasında liderliyini qoruyur. Son 8 ayda LC Waikiki -dən geyim alanların sayı artıb . Araştırmaya görə ilk 10 -luqda yer alan markaların sırasında ən yüksək artım LC Waikiki-də qeydə alınıb . Təhlillər göstərir ki, son 8 ayda geyim mağazalarının sıralamasında demək olar ki, dəyişiklik baş verməyib . Regionlarda ən çox qeyd edilən ikinci mağaza «De Facto» -dur (3, 1 %) 19 % respondent qrafikdə göstərilməyən digər mağazaların adlarını qeyd edib (TM - Laçın, Diqlas, Lotos, Elite : De Facto, Mango, Romantic, Lady Sharm, Colins, Stradivarius və s) .

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: Azərbaycanlılar ən çox hansı smartfondan istifadə edir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256