BİZNES

Dünya şöhrətli ukraynalı marketoloq Bakıda təlim-seminar keçirəcək
28 NOYABR
122

Dünya şöhrətli ukraynalı marketoloq Bakıda təlim-seminar keçirəcək

2018-11-28 14:00:00

Fins.az-ın məlumatına görə artıq dünya brendinə çevrilmiş ukraynalı marketoloq “FEDORIV” müstəqil yaradıcı şirkətinin sahibi Andrey Fedoriv Bakıda brendlərə və marketinq strategiyalarına həsr olunmuş  “BRANDFATHER” təlim seminarı keçirəcək.Bu gün media nümayəndələri ilə görüşən məşhur marketoloq biznes təlimçisı kimi də kifayət qədər ciddi uğurlar qazanıb.Görüş zamanı  Andrey Fedoriv marketinq kursları, eləcə də sahibkarlığın təbliğatına həsr olunmuş “FEDORIV VLOG” YouTube vloqunun müəllifi olduğunu bildirib. O qeyd edib ki, onun köməyi ilə dünyanın müxtəlif  ölkələrindəki yüzlərlə brend qlobal bazarda uğur qazana bilib. “FEDORIV” beynəlxalq yaradıcı şirkətinin təsisçisi olan marketoloq,həm də fərdi uğur hekayəsi ilə diqqət cəlb etməyi bacarmış  sahibkar kimi tanınır. Almaniya, ABŞ, Norveç, İsveçrə, Səudiyyə Ərəbistanı və Sinqapur da daxil olmaqla, 15-dən çox ölkədə fəaliyyət göstərən biznes nümayəndələri ilə işləyən şirkət üç ədəd Red Dot Awards mükafatı, FWA mükafatı  iF Design mükafatı ilə təltif olunub. 

Andrey Fyodrivin bildirib ki, sabah Bakılı marketinq həvəskarları  üçün təşkil edəcəyi seminarda qida məhsulları, elektron ticarət, pərakəndə satış, daşınmaz əmlak, bank işi və B2B sahələrində uğurlu brend inkişafı nümunələri ilə tanış olmaq imkanı yaradacaq

Təlim-seminar, 29 noyabr tarixində  “Boulevard Hotel Baku” mehmanxanasında keçiriləcək.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256