BİZNES

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb
27 NOYABR
154

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

2018-11-27 17:11:00

Noyabrın 27-də İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində seminar keçirilib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru Vilayət Vəliyev strateji yol xəritəsində innovasiya mərkəzlərində (FabLabs, ILabs) potensial sahibkarlıq və ya startap fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin informasiya texnologiyaları avadanlığı ilə təminatı və hazır laboratoriya alətlərindən istifadəsinə şərait yaradılması istiqamətində tədbirlərin nəzərdə tutulduğunu bildirib. Bu sahədə institut tərəfindən görülmüş işlər iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, həyata keçirilən tədbirlər çərçivəsində "Kiçik və Orta Sahibkarlığa xidmət sahələri: təkliflər kataloqu" hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik universitetlərinin nümayəndələri təqdimatla çıxış edərək kiçik və orta sahibkarlığın inkişafı məqsədilə innovasiya infrastrukturunun təkmilləşdirilməsi sahəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar.

Seminar "Kiçik və Orta Sahibkarlığa xidmət sahələri: təkliflər kataloqu"nun təqdimatı ilə yekunlaşıb. Kataloq elektron formada institutun saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255