BİZNES

Azərbaycanın 28 şirkətinin nümayəndələri Almaniyada səfərdədir
27 NOYABR
100

Azərbaycanın 28 şirkətinin nümayəndələri Almaniyada səfərdədir

2018-11-27 11:17:00

Fins.az-ın məlumatına görə  İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan ixrac missiyası Almaniyanın Berlin şəhərində səfərdədir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində faəliyyət göstərən Azərbaycanın 28 şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq. İxrac missiyası 27-30 noyabr tarixlərini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256