BİZNES

Azərbaycanda geyim və ayaqqabı istehsalı ilə bağlı dəyişiklik
26 NOYABR
250

Azərbaycanda geyim və ayaqqabı istehsalı ilə bağlı dəyişiklik

2018-11-26 16:35:00

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 66 mln. 728,1 min manatlıq geyim istehsal olunub. Belə ki,bu göstərici ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11 mln. 134,5 min manat və ya 20,03% çoxdur. Eyni zmanda bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4 mln. 910,6 min manat və ya 6,9% azdır. Sözügedən dövrdə ölkədə 20 mln. 617 min manatlıq dəri və dəridən məmulatlar, ayaqqabı istehsal olunub ki, bu da ötən ayla müqayisədə 2 mln. 853,6 min manat və ya 16,06% artım deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə də dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı isə 4 mln. 335,2 min manat və ya 26,6% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256