BİZNES

Müəssisə rəhbəri cəzalandırılıb
26 NOYABR
79

Müəssisə rəhbəri cəzalandırılıb

2018-11-26 15:14:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. 

Bu barədə Fins.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə, havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256