BİZNES

Сaspian European Club Bakıda New Year Party təşkil edəcək
26 NOYABR
152

Сaspian European Club Bakıda New Year Party təşkil edəcək

2018-11-26 12:43:00

Caspian European Club 2018-ci il dekabrın 19-da Bakıda New Year Party keçirəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Fins.az-a verilən məlumata görə, Yeni il gecəsi çərçivəsində Beynəlxalq Caspian Business Award 2018 Mükafatının təqdimetmə mərasimi təşkil olunacaq. Mükafat cari ildə Azərbaycanda, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində iqtisadiyyatın və biznesin inkişafına mühüm töhfə vermiş şirkətlərə təqdim olunacaq.

Tədbirdə fəxri qonaq qismində dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələrinin iştirakı gözlənilir.

New Year Party musiqili-əyləncəli proqram və maraqlı viktorinalar ilə müşayiət olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255