BİZNES

Sahibkar nazirlik tərəfindən cəzalandırdı
26 NOYABR
133

Sahibkar nazirlik tərəfindən cəzalandırdı

2018-11-26 12:34:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 m3 həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib. 

Nazirlikdən verilən məlumata görə, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat  məbləğində ziyan tətbiq olunub. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar  Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

 

oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256