BİZNES

SOCAR İstanbul hava limanında 9 ədəd maye qaz doldurma stansiyası açır
26 NOYABR
171

SOCAR İstanbul hava limanında 9 ədəd maye qaz doldurma stansiyası açır

2018-11-26 11:43:00

Fins.az-ın məlumatına görə SOCAR İstanbul hava limanında 9 maye qaz doldurma məntəqəsi üçün keçirilən tenderin qalibi olub.SOCAR-ın türk mediası üçün yayımladığı məlumatda bildirilir ki, İstanbul hava limanında birbaşa müştərilərə xidmət edəcək 9 ədəd maye qaz stansiyası üçün keçirilən tenderin qalibi olub.Şirkət hava limanınında 5 ,karqo daşıma bölməsində 1, avtoparkda 2 və taksi koorparativi üçün nəzərdə tutulan hissədə 1 stansiya ilə müştərilərə xidmət edəcək. SOCAR Türkiyə tərəfindən işlədiləcək stansiyalar hava limanının daxilində 5 qaz stansiyası THY-TGS-Çələbi-HAVA-IGA Yer müəssisələrinə məxsus olan 4000-dən çox nəqliyyat vasitəsini yanacaqla təmin edəcək. SOCAR Türkiyənin türk mətbuatı üçün yayımladığı açıqlamda SOCAR Türkiyənin İdarə heyətinin sədri Vaqif Əliyev hava limanında fəaliyyət göstərəcək qaz stansiyaları vasitəsi ilə ilk dəfə olaraq birbaşa müştəriyə xidmət göstərəcəklərini bildirib. Əliyev SOCAR-ın  2008-ci ildə Türkiyə bazarına daxil olduğunu qeyd edərək deyib. "Türkiyəyə bu günə qədər ümumi 14,2 milyard dollarlıq sərmayə qoyaraq STAR Rafineri, TANAP, Petkim Konteyner Terminalı, Petkim RES kimi nəhəng layihələrə imza atdıq. Bu günlərdə SOCAR Türkiyənin İzmir Aliağadaki bütün layihələrini əhatə edən ərazisi üçün Türkiyədə ilk xüsusi Sənaye Bölgəsi ünvanını aldıq. Qardaş Türkiyə, bizim üçün çox əhəmiyyətli bir ölkədir. 6,3 milyard dollarlıq sərmayə  ilə qurulan STAR Rafineri zavodunun açılışından dərhal sonra, İstanbul Hava limanındakı yanacaq stansiyaları üçün keçirilən tenderi də qazandığımızı bildirməyə çox şadam. Dünyanın ən böyük havalimanı olan İstanbul hava limanında maye yanacaq stansiyalarına sahib olmaq bizim üçün həm markamızın tanınması həm də istehlakçılarla görüşmək baxımından strateji əhəmiyyətli bir addımdır. Yanacaq sektorunda hər zaman fürsətləri qiymətləndirən və bazardakı prosesləri yaxından izləyən şirkətik. Önümüzdəki illərdə də enerji  sektoruna digər investisiyalar da qoyula bilər".

Qeyd edəki, SOCAR Türkiyə, 31 Dekabr 2018-ci ildən etibarən İstanbul hava limanında fəaliyyət göstərəcək 9 maye yanacaq stansiyasıyla cəmi  16 min 280 kvadrat metrlik bir sahədə müştərilər xidmət edəcək

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255