BİZNES

7 min işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurumaq üçün əvəzsiz - YARDIM EDİLƏCƏK
23 NOYABR
428

7 min işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurumaq üçün əvəzsiz - YARDIM EDİLƏCƏK

2018-11-23 17:09:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Turin şəhərində "Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edib. Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı ilə baş tutan konfrans zamanı inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin IV Sənaye İnqilabının çağırışlarına, o cümlədən bacarıqlar baxımından digər qlobal meyillərə reaksiya məsələləri müzakirə olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. 50-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda V.Qasımlı Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətində danışıb. O bildirib ki, islahatlar çərçivəsində ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir.

İcraçı direktor tədbir iştirakçılarını bu ilin oktyabr ayında təsdiqlənən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə də məlumatlandırıb. O, vurğulayıb ki, ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı baxımından yeni imkanlar yaradır. V.Qasımlı Azərbaycanın son 3 ildə özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində də uğurlu təcrübə qazandığı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə 7 minə yaxın işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurumaq üçün əvəzsiz olaraq aktivlərin verilməsi planlaşdırılıb və hazırda bu istiqamətdə işlər gedir. Vətəndaşların bir hissəsi aktivlə təmin olunub. 2019-cu ildə isə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi hədəflənir. V.Qasımlı konfransda çıxışı zamanı www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edib. Bildirib ki, bu portal gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi, startapların dəstəklənməsi və vençur kapitala çıxış imkanlarının genişləndirilməsi, maiyyə əlçatanlığının artırılması və özünüməşğulluq proqramlarnın əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkandır. Həmçinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirilməsi üçün əlverişli platformadır.

Konfrasın sonunda təqdim olunan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255