BİZNES

2018-ci ildə Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
20 NOYABR
227

2018-ci ildə Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

2018-11-20 21:32:00

Fins.az-ın məlumatına görə bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub.İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub.

Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri22575 ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub.

Yanvar-oktyabr aylarında Gürcüstandan, ümumilikdə, 40 397 ədəd minik avtomobili ixrac olunub ki, bu da illik müqayisədə 90,5% çoxdur. İlkin məlumatlara əsasən, qonşu ölkə avtomobillərin builki təkrar ixracından 317 mln. dollar gəlir əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256