BİZNES

Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forumu
20 NOYABR
94

Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forumu

2018-11-20 12:56:00

Fins.az-ın məlumatına görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Caspian European Club” 2018-ci il dekabrın 6-da birgə biznes forum təşkil edəcək. “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirilib ki, biznes foruma DGK-nın sədri Səfər Mehdiyev sədrlik edəcək. Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişinə, “Caspian European Club”un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş məsələlərin və təkliflərin müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs əsasında təşkil olunur. Biznesforumda “Caspian European Club”un şirkət rəhbərlərinin gömrük fəaliyyəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Biznes-forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq. “Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi və şəxsən Səfər Mehdiyev biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib. Biznes forumda  linki üzrə “Caspian European Club”un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256