BİZNES

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsində rekord həddə artım
19 NOYABR
110

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsində rekord həddə artım

2018-11-19 15:09:00

Fins.az-ın məlumatına görə  Gürcüstanın Milli Statistika İdarəsi ilkin hesabatını yayımlayıb.Hesabatda bildirilir ki,bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 835 mln. 782,8 min dollar təşkil edib. Hesabata əsasən, bu ilin ilk 10 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1% təşkil edib. Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yeri tutub. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 98,2% artaraq 385 mln. 993,3 min dollar təşkil edib.Gürcüstanın ixracının 14%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstan məhsullarının ən çox ixrac olunduğu ölkə olub. Azərbaycan isə Gürcüstana 449 mln. 789,4 min dollar dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 8,6% çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6% paya sahib olmaqla, qonşu ölkənin dördüncü əsas idxal tərəfdaşı olub. Cari ilin ilk 10 ayı ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10 mlrd. 305,9 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 20,5% çoxdur. Qonşu ölkənin ixracı 24,5% artaraq 2 mlrd. 751 mln. dollar, idxalı isə 19,2% artaraq 7 mlrd. 555 mln. dollar təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256