BİZNES

Azərbaycan ilə Belarus arasında çoxlu sayda sənəd imzalanacaq
19 NOYABR
84

Azərbaycan ilə Belarus arasında çoxlu sayda sənəd imzalanacaq

2018-11-19 09:42:00

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərə gedib. Səfər çərçivəsində xeyli sənədin imzalanması nəzərdə tutulur. Bu cür yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır. Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün Azərbaycanla Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticari, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır. Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına daha güclü təkan verəcək. Dövlətimizin başçısı bu günlərdə Belarusun Azərbaycandakı səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub.

©xalqqazeti.com

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256